...

Avtomobillə vurub qadının dünyasını dəyişdi

Hadisə Materials 28 Yanvar 2015 10:23 (UTC +04:00)
Bakıda 47 yaşlı qadın avtomobil vurması nəticəsində ölüb.
Avtomobillə vurub qadının dünyasını dəyişdi

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda 47 yaşlı piyada qadın avtomobil vurması nəticəsində ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 27-də saat 18:25 radələrində, Şağan qəsəbəsi Mərdəkan-Buzovna yolunda Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Şahin Mustafayev idarə etdiyi "Hyundai-Sonata" markalı avtomobillə paytaxt sakini, 1968-ci il təvəllüdlü Samirə Həsənovanı vurub.

Nəticədə S.Həsənova aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsində araşdrıma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti