...

Bakıda binada partlayış olub, xəsarət alan var

Hadisə Materials 30 Yanvar 2015 23:08 (UTC +04:00)
Bakının Nəsimi rayonunda binada partlayış olub.
Bakıda binada partlayış olub, xəsarət alan var

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Bakının Nəsimi rayonunda binada partlayış olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda birmərtəbəli çoxmənzilli kommunal tipli yaşayış binasında məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.

Yanğın hadisəsi olmayıb.

Partlayış nəticəsində vətəndaşlara məxsus beş mənzilin qapı və pəncərələri çərçivədən çıxıb, arakəsmə divarları uçub.

Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti