...

Yevlaxda iki avtomobil toqquşub

Hadisə Materials 31 Yanvar 2015 10:30 (UTC +04:00)
Azərbaycanın Yevlax rayonunda yol qəzası baş verib.
Yevlaxda iki avtomobil toqquşub

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın Yevlax rayonunda yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verır ki, Yevlax rayonu, Quşçu kəndi ərazisində "Toyota" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər deformasiyaya uğramış "Mercedes" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti