...

Bakıda “Opel” ilə “Lada” toqquşub, xəsarət alan var

Hadisə Materials 6 Fevral 2015 01:32 (UTC +04:00)
Bakıda “Opel” və “Lada” markalı 2 minik avtomobili toqquşub.
Bakıda “Opel” ilə “Lada” toqquşub, xəsarət alan var

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Bakıda "Opel" və "Lada" markalı 2 minik avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda "Opel" və "Lada" markalı 2 minik avtomobili toqquşub.

Nəticədə, hər iki avtomobil deformasiyaya uğramış, "Lada" markalı minik avtomobilində olan 1 nəfər sərnişin xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti