...

Gəncədə iki piyada vurulub

Hadisə Materials 19 Fevral 2015 02:29 (UTC +04:00)
Ötən gün axşam saatlarında Gəncədə 2 piyada vurulub.
Gəncədə iki piyada vurulub

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Ötən gün axşam saatlarında Gəncədə 2 piyada vurulub. Hadisələrdən biri şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, Bakı şəhər sakini 26 yaşlı Samit Mirzəliyev yolu keçmək istəyərəkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, zərəçəkmiş adı hələki məlum olmayan sürücü tərəfindən dərhal Gəncə şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. Əməliyyat olunan piyadanını vəziyyəti orta ağırdır.

Digər bir piyadavurma hadisəsi isə şəhərin Xaqani küçəsində baş verib. Daşkəsən rayon sakini 50 yaşlı Naməddin Mizəyev yolu keçmək istəyərkən "VAZ 21011" markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan piyada yaxınlıqdakı insanların köməkliyi ilə şəhər xəstəxanasına gətirilib.

Hər iki faktla balı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

"Axşam saatlarında avtomobil tərəfindən vurulan 2 piyada gətirilib. Mizəyev Naməddin Hətəm oğlu Daşkəsən rayonu Zəylik kəndindəndir. Sağ və sol bud sümüklərinin sınığı diaqnozu qoyulub. Hazırda travmatologi tədbir aparılır. İkinci xəstə Mizəyev Samit Maarif oğlu 1989-ci il başın təpə nahiyəsinin,sağ bu çanaq oyunağının və sağ dirsək oynağının diaqnozu ilə gətirilib. Onada tibbi yardım göstərilib vəziyyəti normaldır", - həkim bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti