...

FHN: Bakıda binada partlayış deyil, yanğın baş verib

Hadisə Materials 19 Fevral 2015 21:02 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN: Bakıda binada partlayış deyil, yanğın baş verib

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Trend xəbər verir ki, nazirliyin saytında yayılan məlumatda deyilir: "19.02.2015-ci il tarixində Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli binada baş vermiş yanğın hadisəsi bəzi kütləvi informasiya vasitələrində yanlış olaraq partlayış kimi təqdim olunub".

FHN bir daha bildirir ki, ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli binanın (hər mərtəbəsi 250 kv.m olan) 1-ci mərtəbəsində dəmir qapı düzəltmə sexinin arakəsmə divarı 8 kv.m və tavanı 4 kv.m sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin lambirdən ibarət tavanı 12 kv.m sahədə deformasiyaya uğrayıb.

Qeyd olunur ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Binanın qalan hisəsi yanğından mühafizə olunub. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti