...

FHN Bakıda köməksiz qalan vətəndaşları xilas edib

Hadisə Materials 22 Fevral 2015 00:37 (UTC +04:00)
FHN Bakıda köməksiz qalan 10 vətəndaşı xilas edib.
FHN Bakıda köməksiz qalan vətəndaşları xilas edib

Azərbaycan, Bakı,22 fevral /Trend/

FHN Bakıda köməksiz qalan 10 vətəndaşı xilas edib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində 3 avtomobil əsas yoldan kənara çıxmış, nəticədə 10 nəfər köməksiz vəziyyətdə qalmışdır.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər avtomobilləri yola çıxarmış və vətəndaşları xilas etmişlər.

Xəbər lenti

Xəbər lenti