...

Kəlbəcərli məktəb direktoru avtomobil qəzasında dünyasını dəyişib

Hadisə Materials 28 Fevral 2015 00:54 (UTC +04:00)
Saat 22.00 radələrində Bakı-Qazax avtomagistralının Göygöl rayonu Hacıməlik qəsəbəsindən keçən hissəsində ağır yol-qəza hadisəsi baş verib
Kəlbəcərli məktəb direktoru avtomobil qəzasında dünyasını dəyişib

Azərbaycan, Bakı, 28 Fevral /Trend/

Bu gün axşam saat 22.00 radələrində Bakı-Qazax avtomagistralının Göygöl rayonu Hacıməlik qəsəbəsindən keçən hissəsində ağır yol-qəza hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadan məlumat verir ki, 52 yaşlı Ukrayna vətəndaşı Yuriy Vaiçenko idarə etdiyi TIR markalı yük maşını ilə yolu keçən piyadanı vurub.

Piyada, Kəlbəcər rayon sakini Firdovsi Əhmədov yerindəcə dünyasını dəyişib. Sürücünün sözlərinə görə, hadisəyə səbəb ötmə əməliyyatını yerinə yetirən zaman piyadanın anidən nəqliyyat vasitəsinin qarşısına çıxması olub.

Qeyd edək ki, dünyasını dəyişən Firdovsi Əhmədov Kəlbəcər rayon Təhsil Şöbəsinin nəznində fəaliyyət göstərən məktəblərdən birinin direktoru idi. Faktla bağlı araşdırmalar aparılır.



Xəbər lenti

Xəbər lenti