...

Azərbaycan əhalisində bu qədər silah-sursat haradandır?

Hadisə Materials 28 Fevral 2015 13:20 (UTC +04:00)
Ağdam rayon sakinindən silah-sursat götürülüb.
Azərbaycan əhalisində bu qədər silah-sursat haradandır?

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Ağdam rayon sakinindən silah-sursat götürülüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini Ziyadxan Cəfərovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "TOZ-12" markalı ov tüfəngi və 16 ədəd patron götürülüb.

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Vitaliy Zyulkovskidən müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Bundan başqa, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Cürəli kənd sakini Şəfaqət Quliyevadan müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti