...

Qazaxda gənc qadını odlu silahla öldürən şəxs tutuldu

Hadisə Materials 2 Mart 2015 15:25 (UTC +04:00)
Qazaxda gənc qadını odlu silahla qətlə yetirən şəxs tutulub.
Qazaxda gənc qadını odlu silahla öldürən şəxs tutuldu

Azərbaycan, Bakı, 2 mart /Trend/

Qazaxda gənc qadını odlu silahla qətlə yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin Trend-ə daxil olan birgə məlumatına əsasən, Qazax rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən "isti izlər"lə həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızını qətlə yetirmiş şəxs tutularaq istintaqa cəlb edilib.

Belə ki, həmin tarixdə saat 16 radələrində A.Abdullayevanın yaşadığı evdə odlu silahla yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rayon hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Veyisov Məcid Haqverdi oğlu tutulub.

İstintaq zamanı H.Veyisovun qeyd edilən tarixdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu A.Abdullayevanı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya bir dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti