...

Bakıda yataqxanada yanğın olub, 20 nəfər təxliyə edilib

Hadisə Materials 2 Mart 2015 18:19 (UTC +04:00)
Bakıda yataqxana binasında yanğın olub.
Bakıda yataqxanada yanğın olub, 20 nəfər təxliyə edilib

Azərbaycan, Bakı, 2 mart /Trend/

Bakıda yataqxana binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yataqxana binasının 8-ci mərtəbəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı və 3 p.m kabel yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti