...

Dələduzluqla pul mənimsədiyinə görə tutuldu

Hadisə Materials 4 Mart 2015 11:08 (UTC +04:00)
Bakıda dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyən şəxs tutulub.
Dələduzluqla pul mənimsədiyinə görə tutuldu

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən ilin dekabr ayında Bakı şəhər sakinləri - Yusif Mirzəxanovdan 500 , 1992-ci il təvəllüdlü Vaqif Cəfərovdan 200 manat nağd pulu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Akif Arif oğlu Gözəlov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti