...

Sumqayıt sakini Daşkəsən rayonunda qəza törədib

Hadisə Materials 5 Mart 2015 00:36 (UTC +04:00)
Sumqayıt sakini Daşkəsən rayonunda qəza törədib.
Sumqayıt sakini Daşkəsən rayonunda qəza törədib

Azərbaycan, Bakı, 5 mart /Trend/

Sumqayıt şəhər sakini 50 yaşlı Fatimə Tağıyeva Daşkəsən rayonunun Zağalı kəndi ərazisində idarə etdiyi Hünday markalı avtomobilin idarə etməsini itirərək aşırıb.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan Fatimə Tağıyeva əvvəlcə Daşkəsən rayon mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər TTYX-nın travmatalogiya şöbəsinə gətirilib.

Yaralıya dərhal lazımı tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti