...

Bakıda yaşayış binasında yanğın, xəsarət alanlar var

Hadisə Materials 12 Mart 2015 11:57 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
Bakıda yaşayış binasında yanğın, xəsarət alanlar var

Azərbaycan, Bakı, 12 mart /Trend/

Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 900 kv.m olan (hər mərtəbəsi 450 kv.m) çoxmənzilli ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 1-ci mərtəbəsində mənzillərin arakəsmə divarları 96 kv.m sahədə, 2-ci mərtəbədə 6 mənzilin yanar konstruksiyaları və dam örtüyü 450 kv.m sahədə (ümumi 545 kv.m sahədə) yanıb.

Yanğın zamanı binadan 33 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub və 2 nəfər xəsarət alan aidiyyatı üzrə təhvil veriliblər. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti