...

Fransada qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olmayıb

Hadisə Materials 25 Mart 2015 18:37 (UTC +04:00)
Fransada qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olmayıb.
Fransada qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olmayıb

Azərbaycan, Bakı, 25 mart /Trend/

Fransada qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olmayıb. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, qeyd edib ki, bu, ilkin məlumatdır, araşdırmalar davam edir.

H.Hacıyev vurğulayıb ki, qəza haqqında xəbərin yayılmasından dərhal sonra Azərbaycan XİN ölkəmizin Fransa, Almaniya və İspaniyadakı səfirliklərinə təyyarənin sərnişinləri arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını öyrənməyi tapşırıb.

Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti