...

Cibgir avtobusda "iş başında" yaxalandı

Hadisə Materials 29 Mart 2015 14:01 (UTC +04:00)
Bakıda avtobusda oğurluğa cəhd edən Sumqayıt şəhər sakinindən narkotik vasitə götürülüb.
Cibgir avtobusda "iş başında" yaxalandı

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda avtobusda oğurluğa cəhd edən Sumqayıt şəhər sakinindən narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də 88 saylı xətt avtobusunda Bakı şəhər sakini Zenfira Sadıqovanın çantasından içərisində 73 manatı olan pul kisəni açıq talama yolu ilə aparmağa cəhd göstərmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Babayev tutulub.

Ondan 1,3 qram heroin də götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti