...

Bakıda "MERCEDES" elektrik dirəyinə çırpılaraq yanıb, xəsarət alan var

Hadisə Materials 31 Mart 2015 06:15 (UTC +04:00)
Bakıda "MERCEDES" elektrik dirəyinə çırpılaraq yanıb.
Bakıda "MERCEDES" elektrik dirəyinə çırpılaraq yanıb, xəsarət alan var

Azərbaycan, Bakı, 31 mart /Trend/

Bakıda "MERCEDES" elektrik dirəyinə çırpılaraq yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılaraq yanğın hadisəsi baş vermişdir.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanmışdır.

Avtomobildə olan sərnişin aldığı bədən xəsarətlərindən yanğınsöndürənlər tərəfindən Təcilli Tibbi yardım xidmətinə təhfil verilmişdir.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti