...

Cinsi əlaqə adı ilə evə gətirir, döyüb, qarət edirmişlər (VİDEO)

Hadisə Materials 31 Mart 2015 14:10 (UTC +04:00)
Metro stansiyalarında tanış olduğu kişiləri evə gətirən qadının sevgilisi və dostu görüşdürdüyü kişiləri döyərək qarət ediblər.
Cinsi əlaqə adı ilə evə gətirir, döyüb, qarət edirmişlər (VİDEO)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Metro stansiyalarında tanış olduğu kişiləri evə gətirən qadının sevgilisi və dostu görüşdürdüyü kişiləri döyərək qarət ediblər.

Trend-in Region TV-yə istinadən verdiyi məlumata görə, Xəzər rayon Polis İdarəsinin keçirdiyi əməliyyat zamanı 25 yaşlı Əfsanə Hüseynova, onunla qeyri-rəsmi nikah münasibətlərində olan həyat yoldaşı 26 yaşlı Məmmədəli Hacıyev və Rusiya Federasiyası vətəndaşı 31 yaşlı Gülhüseyn Sadıqov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Ə.Hüseynova əvvəlcədən qurulan plana əsasən metro stansiyalarında tanış olduğu oğlanlarla cinsi əlaqədə olmaq adı ilə onları Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşadığı evə dəvət edib. Evə daxil olandan sonra isə qadının tanış olduğu oğlanlar, M.Hacıyevin hücumuna məruz qalıb. M.Hacıyev evə gələn şəxslərə fiziki zor tətbiq edərək onların pulunu və mobil telefonlarını əllərindən alıb.

İstintaq zamanı dəstə üzvlərinin bu cinayətləri Rusiya Federasiyasında məhkum olunan G.Sadıqovun qurduğu plana əsasən həyata keçirdikləri məlum olub.

Hələlik saxlanılan şəxslərin bu üsulla 5 nəfərə qarşı quldurluq etdikləri sübuta yetirilib. Amma zərərçəkən şəxslərin sayının artacağı istisna olunmur.

Fakktla əlaqədar Xəzər RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti