...

Sabunçuda məktəbdə yanğın olub

Hadisə Materials 1 Aprel 2015 09:19 (UTC +04:00)
Sabunçuda məktəbdə yanğın olub
Sabunçuda məktəbdə yanğın olub

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Sabunçuda məktəbdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və qazanxananın ətrafına yığılmış məişət tullantıları 5 kv.m sahədə yanıb.

Qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub.

Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti