...

Gəncəli cibgir Şəmkirdə narkotiklə tutuldu

Hadisə Materials 2 Aprel 2015 01:53 (UTC +04:00)
Gəncəli cibgir Şəmkirdə narkotiklə tutuldu
Gəncəli cibgir Şəmkirdə narkotiklə tutuldu

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Şəmkirdə əvvəllər məhkum olunan Sahib Hüseynov saxlanılıb.

Trend-in Kəpəz TV-yə istinadən verilən məlumata görə, Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini əvvəllər məhkum olunan Sahib Hüseynov saxlanılıb.

S. Hüseynov martın 31-də Şəmkir rayon Çaparlı kənd sakini Fəzayıl Əliyevin cibindən 170 manat pul oğurlamaqda şübhəli bilinirdi.

Polis əməkdaşları tərəfindən Sahib Hüseynovun üzərinə baxış keçirilən zaman ondan 167,26 qram narkotik vasitə olan marixuana götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Sahib Hüseynovun əməllərindən zərərçəkənlərin sayının artacağı istisna olunmur.

Xəbər lenti

Xəbər lenti