...

Bakıda fəhlə işlədiyi binadan yıxılaraq ölüb

Hadisə Materials 8 Aprel 2015 12:57 (UTC +04:00)
Bakıda inşa edilən binanın 3-cü mərtəbəsindən fəhlənin yıxılıb ölməsi faktına görə cinayət işi açılıb.
Bakıda fəhlə işlədiyi binadan yıxılaraq ölüb

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda inşa edilən binanın 3-cü mərtəbəsindən fəhlənin yıxılıb ölməsi faktına görə cinayət işi açılıb.

Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 7-də "Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) tərəfindən Binəqədi rayon ərazisində inşa edilən tikintinin 3-cü mərtəbəsindən orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Nahid Əliyev yıxılıb. N.Əliyevin aldığı xəsarətlərdən öldüyü bildirilir.

Faktla əlaqədar Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti