...

FHN Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 18 Aprel 2015 01:39 (UTC +04:00)
Bu gün axşam saat 21:30 radələrində Ziya Bunyadov prospektində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
FHN Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bu gün axşam saat 21:30 radələrində Ziya Bunyadov prospektində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər deformasiyaya uğramış "Lifan" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və iki sərnişin aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişlər. Digər sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat saat 21:50-də başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti