...

Dəmir yolu stansiyasında transformatorlara qənim kəsildi

Hadisə Materials 18 Aprel 2015 13:30 (UTC +04:00)
Dəmir yolu stansiyasından oğurluq etmiş Gəncə şəhər sakini saxlanılıb.
Dəmir yolu stansiyasında transformatorlara qənim kəsildi

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İlkin İzzət/

Dəmir yolu stansiyasından oğurluq etmiş Gəncə şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Gəncə dəmir yolu stansiyasının ərazisində 6 ədəd transformatorun mis sarğılarını oğurlamış Gəncə şəhər sakini Əli Hümbətov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti