...

Tovuzda dəhşətli qətl törədilib (FOTO, VİDEO)

Hadisə Materials 26 Aprel 2015 12:46 (UTC +04:00)
Tovuzun Əlimərdanlı kənd sakini, 2 uşaq atası Müşfiq Hüseynov baş nahiyəsindən güllələnərək qətlə yetirilib.
Tovuzda dəhşətli qətl törədilib (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Tovuzun Əlimərdanlı kənd sakini, 2 uşaq atası Müşfiq Hüseynov baş nahiyəsindən güllələnərək qətlə yetirilib.

Trend Kəpəz TV-yə (Region TV) isitnadən xəbər verir ki, 43 yaşlı fermerin cəsədi özünə məxsus avtomobilin yük yerində kənd qəbiristanlığının yanında tapılıb. Dərhal hadisə yerinə Tovuz Rayon Polis şöbəsinin əməkdaşları çağırılıb. Meyit tapıldığı yerdən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Tovuz rayon Şöbəsinə gətirilib.

Qətlin kim yaxud kimlər tərəfindən və hansı səbəblərdən törədildiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti