...

Ağdaş sakini Bakıda arvadını qətlə yetirdi

Hadisə Materials 28 Aprel 2015 12:45 (UTC +04:00)
Bakıda kirayədə yaşayan 30 yaşlı Ağdaş sakini həyat yoldaşını qətlə yetirib.
Ağdaş sakini Bakıda arvadını qətlə yetirdi

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda kirayədə yaşayan 30 yaşlı Ağdaş sakini həyat yoldaşını qətlə yetirib.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 28-də saat 03:45 radələrində Zabrat qəsəbəsi X.Vəliyev küçəsində yerləşən evdə kirayədə yaşayan Ağdaş rayon sakini 1985-ci il təvəllüdlü Vüsal Niyazi oğlu Musayev qısqanclıq zəminində arvadı Zakirə Məmmədovanı bıçaqla qətlə yetirib.

V.Musayev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiləri nəticəsində şübhəli bilinərək saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti