...

Velosipedçi avtomobilin altında qalaraq öldü

Hadisə Materials 4 May 2015 13:04 (UTC +04:00)
Velosiped sürücüsü axşam vaxtı Lənkəranda avtomobilin altında qalaraq ölüb.
Velosipedçi avtomobilin altında qalaraq öldü

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Velosiped sürücüsü axşam vaxtı Lənkəranda avtomobilin altında qalaraq ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 3-də saat 22.00 radələrində Lənkəran rayonunun Gərmətük kəndində rayon sakini Zamiq Səfərov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Raqib Səfərovu vurub. R.Səfərov hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti