...

DİN: Yük maşını elektrik xəttinə toxunaraq yanıb, sürücü yaralanıb

Hadisə Materials 4 May 2015 13:23 (UTC +04:00)
Sumqayıt şəhər sakininin idarə etdiyi avtomobil elektrik xəttinə toxunması nəticəsində yanıb.
DİN: Yük maşını elektrik xəttinə toxunaraq yanıb, sürücü yaralanıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhər sakininin idarə etdiyi avtomobil elektrik xəttinə toxunması nəticəsində yanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 2-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sumqayıt şəhər sakini Feyzulla Qurbanovun idarə etdiyi "Mercedes" markalı avtomobilin yük hissəsi daş boşaldarkən hündürlükdən keçən elektrik xəttinə toxunub.

Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, yanıq xəsarəti almış F.Qurbanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti