...

Bakı aeroportunda silahlı şəxs saxlanıldı

Hadisə Materials 14 May 2015 12:29 (UTC +04:00)
Mayın 14-də Heydər Əliyev Beynəlxalq Hava Limanında silahlı şəxs saxlanılıb.
Bakı aeroportunda silahlı şəxs saxlanıldı

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İlkin İzzət/

Mayın 14-də Heydər Əliyev Beynəlxalq Hava Limanında silahlı şəxs saxlanılıb. Bunu Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, bu gün səhər saat 04:30-da Ukrayna Beynəlxalq Hava Yollarının təyyarəsinə minik başlayarkən Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları Bakıdan Kiyevə uçan Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü İsmayılov Vaqif Saleh oğlunun üzərindən tabel silahı olan "Makarov" tipli tapança aşkar ediblər. V.İsmayılovun üzərindən tapança ilə yanaşı, 1 ədəd daraq və 6 ədəd döyüş patronu aşkar edilərək götürülüb.

V. İsmayılov Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti