...

Bakıda şirniyyat mağazası yanıb

Hadisə Materials 23 May 2015 01:54 (UTC +04:00)
Bakıda mağazada yanğın baş verib.
Bakıda şirniyyat mağazası yanıb

Azərbaycan, Bakı, 23 may /Trend/

Bakıda mağazada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi 120 kv.m olan şirniyyat mağazasının yanar konstruksiyaları və içərisində olan rəflər 66 kv.m sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti