...

Gədəbəydə vətəndaşa məxsus evdə partlayış olub - xəsarət alan var

Hadisə Materials 23 May 2015 14:21 (UTC +04:00)
Gədəbəydə vətəndaşa məxsus evdə partlayış olub, xəsarət alan var.
Gədəbəydə vətəndaşa məxsus evdə partlayış olub - xəsarət alan var

Azərbaycan, Bakı, 23 may /Trend/

Gədəbəydə vətəndaşa məxsus evdə partlayış olub, xəsarət alan var.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərt verir ki, Gədəbəy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.

Partlayış nəticəsində ikinci mərtəbədə 3 otaq və dam örtüyü dağılıb, yanğın hadisəsi olmayıb.

Partlayış zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti