...

Türkiyədə hakim partiyanın seçki avtobusu atəşə tutuldu

Hadisə Materials 25 May 2015 21:07 (UTC +04:00)
Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının seçkiqabağı təbliğat apardığı avtobusa silahlı hücum olub.
Türkiyədə hakim partiyanın seçki avtobusu atəşə tutuldu

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının seçkiqabağı təbliğat apardığı avtobusa silahlı hücum olub.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxslər avtobusa atəş açdıqdan sonra hadisə yerindən qaçıblar.

İnsident nəticəsində xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma başlayıb.

Qeyd edək ki, iyunun 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti