...

Ermənilərin Ağdamda törətdiyi yanğının qarşısı alınıb

Hadisə Materials 29 May 2015 01:49 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin mayın 28-də Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin ərazisində törətdiyi yanğının işğal altında olmayan cəbhəyanı kəndlərə keçməsinin qarşısı alınıb.
Ermənilərin Ağdamda törətdiyi yanğının qarşısı alınıb

Azərbaycan, Bakı, 29 may /Trend/

Ermənistan Silahlı Qüvvələrinin mayın 28-də Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin ərazisində törətdiyi yanğının işğal altında olmayan cəbhəyanı kəndlərə keçməsinin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam rayonu, Çıraqlı kəndində (rayon mərkəzindən 18 km aralı) 40 ha kol-kos və quru ot yanıb. Ərazidəki kəndlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın ermənilər tərəfindən günorta saatlarında törədilib. Baş Qərvənd kəndinin ərazisində törədilən yanğın Ağdam rayonunun işğal altında olmayan cəbhəyanı Çıraqlı kəndinə qədər genişlənmişdi.

Xəbər lenti

Xəbər lenti