Azərbaycan, Bakı, 23 iyun /Trend/
Bakının Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, "Ford Tranzit" markalı avtomobil "Mercedes" markalı avtomobillə toqquşub.
Şahidlərin məlumatına görə, yol qəzası zamanı ölənlər və yaralananlar var.
Hazırda yol polisi tərəfindən hadisə yerində araşdırma aparılır.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, ilkin ehtimala görə, hadisəyə səbəb yüksək surət həddi olub.