...

İndoneziyada təyyarə qəzası: 49 cəsəd tapılıb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 30 İyun 2015 17:51 (UTC +04:00)
İndoneziyanın "Hercules C-130" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğruması nəticəsində ölənlərin sayı 50 nəfəri ötə bilər.
İndoneziyada təyyarə qəzası: 49 cəsəd tapılıb (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:33-də yayılıb)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

İndoneziyanın "Hercules C-130" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğruması nəticəsində ölənlərin sayı 50 nəfəri ötə bilər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təyyarə Sumatra adasının Medan şəhərindəki hotel və yaşayış məhəllələrinin üzərinə düşüb.

Məlumata əsasən, təyyarənin uçuş siyahısında 55 sərnişin var. Xəstəxanaya çatdırılmış 30 ölüdən 5-i ekipaj üzvüdür.

Daha əvvəl bildirilirdi ki, ölən 38 nəfər arasında 1 uşaq da var. Qəza yerində hələ də ölülərin olduğu bildirilir. Təyyarənin göyərtəsində 12 ekipaj üzvü və sayı dəqiq bilinməyən sərnişinlər olub.

X X X

İndoneziyanın "Hercules C-130" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığı ərazidə 49 cəsəd tapılıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu İndoneziya HHQ-nin baş komandanı Aqus Supriatna deyib.

A.Supriatna bildirib ki, 49 cəsəddən 23-nün şəxsiyyəti müəyyənləşdirilib.

O, bundan əvvəl demişdi, təyyarənin göyərtəsində 113 nəfər (12 ekipaj üzvü və 101 sərnişin) olub və onların heç biri sağ qalmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti