...

Ermənistanda hərbi hissədə zabit qətlə yetirilib

Hadisə Materials 1 İyul 2015 16:29 (UTC +04:00)
Ermənistanın şimal-şərqində yerləşən hərbi hissələrdən birində zabit qətlə yetirilib.
Ermənistanda hərbi hissədə zabit qətlə yetirilib

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Ermənistanın şimal-şərqində yerləşən hərbi hissələrdən birində zabit qətlə yetirilib. Bu barədə Trend "Novosti Armeniya" saytına istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, ötən gün leytenant Mavrik Xaçaturoviç Melikyan başında güllə yarası ilə hərbi hissə ərazisində tapılıb.

Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti