...

Xırdalanda banka silahlı basqın olub

Hadisə Materials 4 İyul 2015 01:27 (UTC +04:00)
Xırdalanda "Kapital Bank"ın Abşeron filialına odlu silahlı basqın edilib.
Xırdalanda banka silahlı basqın olub

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Xırdalanda "Kapital Bank"ın Abşeron filialına odlu silahlı basqın edilib.

Trend-in məlumatına görə, silahlı şəxs qarət məqsədilə banka daxil olaraq mühafizəçiyə xəsarət yetirib.

Qarətin baş tutması barədə dəqiq məlumat yoxdur. Şübhəli şəxsin axtarışına başlanılıb.

Abşeron rayon Polis İdarəsindən Trend-ə faktı təsdiqləsələr də, əlavə məlumat verməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti