...

Azərbaycanda xeyli miqdarda saxta əsginaslar aşkar edilib

Hadisə Materials 10 İyul 2015 18:17 (UTC +04:00)
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb.
Azərbaycanda xeyli miqdarda saxta əsginaslar aşkar edilib

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb.

Trend xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov bu gün Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 16 min 519 manat, 55 min 100 ABŞ dolları və 225 min rubl olan 901 ədəd saxta əsginas, habelə istifadə müddəti ötmüş 2,6 tona yaxın tikinti materialı çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti