...

Türkiyədə neft emalı zavodu yanır

Hadisə Materials 17 İyul 2015 14:10 (UTC +04:00)
Türkiyənin İzmir vilayətində “Tupras” şirkətinə məxsus neft emalı zavodunda yanğın baş verib.
Türkiyədə neft emalı zavodu yanır

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin İzmir vilayətində "Tupras" şirkətinə məxsus neft emalı zavodunda yanğın baş verib.

Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti