...

Sərnişin təyyarəsi ekstremal eniş etdi (VİDEO)

Hadisə Materials 28 İyul 2015 00:56 (UTC +04:00)
Niderlandın Sxipxol hava limanında qasırğa olduğundan Boeing 777 tipli sərnişin təyyarəsi eniş zamanı az qala qəza etsin.
Sərnişin təyyarəsi ekstremal eniş etdi (VİDEO)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Hava qasırğalı olduğuna görə, Niderlandın Sxipxol hava limanında Boeing 777 tipli sərnişin təyyarəsi eniş zamanı qəza etmək təhlükəsi ilə üzləşib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə eniş zamanı güclü yırğalanmağa başlayıb və şassilər yerə toxunarkən təyyarə yan tərəfə aşmaq təhlükəsində olub.

Pilotlar çətin hava şəraitinə baxmayaraq təyyarəni yerə endirməyi bacarıblar.

Hadisə zamanı zərər çəkən olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti