...

Xızıda yaylaqda baş verən yanğın meşə ərazisinə keçib, ETSN-in 50 işçisi hadisə yerinə yollanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 28 İyul 2015 16:16 (UTC +04:00)
Azərbaycanın Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib.
Xızıda yaylaqda baş verən yanğın meşə ərazisinə keçib, ETSN-in 50 işçisi hadisə yerinə yollanıb (ƏLAVƏ OLUNUB)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni məlumatı əlavə olunub (ilk xəbər saat 14:42-də yayılıb)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 28-də saat 12 radələrində Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib.

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün ETSN-in yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda meşə fondu ilə sərhəd olan yaylaqda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ işlər davam etdirilir.

X X X

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, bu gün Xızı rayonunun Dizəvər yaylağında baş vermiş yanğın küləkli hava şəraiti ilə əlaqədar daha geniş ərazini əhatə edərək qismən meşə fondu torpaqlarına keçib və kol-kos yanğına məruz qalıb.

Yanğının daha geniş əraziyə keçməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları ciddi tədbirlər görür.

Qeyd edək ki, hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-in Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, nazirliyin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti