...

FHN: Şirvanda “Kür” otelində güclü yanğının baş verməsi məlumatı yanlışdır

Hadisə Materials 29 İyul 2015 10:08 (UTC +04:00)
Şirvan şəhərində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı “Kür” otelində güclü yanğının baş verməsi ilə bağlı KİV-lərdə yayılan məlumat yanlışdır.
FHN: Şirvanda “Kür” otelində güclü yanğının baş verməsi məlumatı yanlışdır

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Şirvan şəhərində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı "Kür" otelində güclü yanğının baş verməsi ilə bağlı KİV-lərdə yayılan məlumat yanlışdır.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, "Kür" otelində yanğın hadisəsi baş verməyib.

Ötən gün Şirvan şəhərində yanğın Mərkəzi Poçtun 3-cü mərtəbəsində məskunlaşmış məcburi köçkünə məxsus ümumi sahəsi 15 kv.m olan mənzildə baş verib. Mətbəxdə məişət qaz balonu alışıb və paltaryuyan maşın qismən yanıb.

Poçtun qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti