...

Sabirabadda ər arvadını və özünü güllələyib

Hadisə Materials 29 İyul 2015 14:01 (UTC +04:00)
Sabirabadda güllələnmə hadisəsi qeydə alınıb.
Sabirabadda ər arvadını və özünü güllələyib

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Sabirabadda güllələnmə hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabirabad rayonunun Ulacalı kənd sakini Azad Alışov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Sədaqətə, sonra isə özünə xəsarət yetirib.

Yaralanan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Zaqatala RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd "İJ" markalı tüfəng götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti