...

Azərbaycanda yanğınlar zamanı 43 nəfər həlak olub

Hadisə Materials 30 İyul 2015 12:34 (UTC +04:00)
Bu ilin birinci yarısında Azərbaycanda baş vermiş 5488 yanğın hadisəsi zamanı 43 nəfər həlak olub, 105 xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2015-ci ilin I yarımilliyi üzrə statistik məlumatında deyilir.
Azərbaycanda yanğınlar zamanı 43 nəfər həlak olub

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Bu ilin birinci yarısında Azərbaycanda baş vermiş 5488 yanğın hadisəsi zamanı 43 nəfər həlak olub, 105 nəfər isə xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2015-ci ilin I yarımilliyi üzrə statistik məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 12 nəfər və ya 39%, xəsarət alanlar üzrə isə 45 nəfər və ya 75% çoxdur.

2015-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 20 partlayış hadisəsi baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 5% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

Bundan əlavə məlumatda bildirilir ki, 2015-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 5581 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 736 hadisə və ya 15% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 125 nəfər isə xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 76 nəfər xilas edilib, 517 nəfər isə təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti