...

DİN Zaqataladakı silahlı insidentlə bağlı rəsmi məlumat yaydı

Hadisə Materials 30 İyul 2015 14:29 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Zaqatalada baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
DİN Zaqataladakı silahlı insidentlə bağlı rəsmi məlumat yaydı

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Daxili İşlər Nazirliyi Zaqatalada baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Trend Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Ağakişi Həzrəyevə avtomat silahdan açdığı atəşlə xəsarət yetirmiş rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Kərimov tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi "AK-74" silahı, 12 ədəd patron, 6 ədəd giliz və 1 ədəd patron darağı götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti