...

Xızıda 100 ha ərazidə yanğın baş verib

Hadisə Materials 31 İyul 2015 09:18 (UTC +04:00)
Xızı rayonunda baş verən yanğın söndürülüb.
Xızıda 100 ha ərazidə yanğın baş verib

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Xızı rayonunda baş verən yanğın söndürülüb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xızı rayonunda (rayon mərkəzindən 60 km aralı dağlıq ərazi) dağlıq ərazidə 100 ha sahədə otlaq sahə və meşə zolağında 8 ha quru ot və qurumuş ağacların kötükləri yanıb.

Yanğın söndürülüb, tüstülənən kötüklərin söndürülməsi davam edir.

Yanğından meşə zolağının qalan hissəsi və yaxınlıqdakı yataqlar mühafizə olunub.

Yanğın saat 16:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti