...

Samuxda dəhşətli qəza: avtomobildə olan 11 nəfərdən 5-i ölüb (FOTO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 31 İyul 2015 18:29 (UTC +04:00)
Samuxda dəhşətli qəza baş verib.
Samuxda dəhşətli qəza: avtomobildə olan 11 nəfərdən 5-i ölüb (FOTO) (ƏLAVƏ OLUNUB)

Ölənlərin sayı barədə məlumat əlavə olunub (ilk xəbər saat 16:43-də yayılıb)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Samuxda dəhşətli qəza baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədən İmamzadə dini kompleksinə gedən yolda, Samux rayonu ərazisində dəhşətli qəza baş verib.

"VAZ 2106" markalı avtomobilin sürücüsü yolötürücünün üzərində olarkən idarəetməni itirib. Maşın əvvəlcə körpünün məhəccərlərinə, daha sonra isə 15 metr hündürlükdən yerə çırpılıb.

Şahidlərin bildirdiyinə görə, avtomobildə bir neçə uşaqla birlikdə ümumilikdə 11 nəfər olub. Onların əksəriyyəti həyatlarını itiriblər.

Samux rayon Dövlət Yol Polisi əməkdaşları sürücünün və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində iş aparır.

X X X

Xəstəxanadan Kəpəz TV-yə verilən məlumata görə, avtomobildə olan şəxslərdən beşi dünyasını dəyişib.

Onlar sürücü Məmmədov Zöhrab Faiq oğlu, azyaşlı Həsənova Məleykə Rövşən qızı, İsmayılova Hicran Səməndər qızı, İsmayılova Maral Mosu qızı və İsmayılova Kafya adlı yaşlı qadındır.

Yaralılar isə bunlardır:

Məmmədova Fatimə
Məmmədova Rəqsanə Faiq qızı
Məmmədova Zöhrə Faiq qızı
İsmayılova Namilə Mirzəli qızı
Hüseynov Sənan Elçin oğlu

Verdiyev Yusif Elşən oğlunun xəsarətləri yüngül olduğundan o, ambulator yardımdan sonra evə buraxılıb. Sənan Hüseynov Gəncə Şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Digər yaralıların müalicəsi Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti