...

Ağdaşda yanğın olub, zəhərlənən var

Hadisə Materials 31 İyul 2015 20:43 (UTC +04:00)
Ağdaşda evdə yanğın olub.
Ağdaşda yanğın olub, zəhərlənən var

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Ağdaşda evdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 53 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.

Hadisə zamanı ev sahibi tüstüdən zəhrələnmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti