...

Azərbaycanda qanunsuz silah satan şəxslər tutulub

Hadisə Materials 1 Avqust 2015 14:54 (UTC +04:00)
Azərbaycanda qanunsuz silah satan şəxslər tutulub.
Azərbaycanda qanunsuz silah satan şəxslər tutulub

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Azərbaycanda qanunsuz silah satan şəxslər tutulub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Azər Xudaverdiyevdən 3 ədəd tapança patronu götürülüb.

Araşdırma zamanı A.Xudaverdiyevin Bakı şəhər sakini Elzamin Əliyevə satmaq məqsədilə 1 ədəd tapança verməsi, onun isə tapançanı paytaxt sakini Elşad Həsənova satması müəyyən edilib. E.Əliyev və E.Həsənov tutulub.

E.Həsənovun evinə baxış zamanı "Valter-P38" markalı tapança aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti