...

Bakıda mənzildə kişi meyiti tapılıb

Hadisə Materials 1 Avqust 2015 23:31 (UTC +04:00)
Bakıda mənzildə kişi meyiti tapılıb.
Bakıda mənzildə kişi meyiti tapılıb

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Bakıda mənzildə kişi meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1962-ci il təvəllüdlü Nəcəfov Tariyel Sabir oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı T.Nəcəfovun vəfat etdiyi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti