...

Dənizdə batan gəncin cəsədi tapılıb

Hadisə Materials 2 Avqust 2015 22:13 (UTC +04:00)
Dənizdə batan gəncin cəsədi tapılıb.
Dənizdə batan gəncin cəsədi tapılıb

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Dənizdə batan gəncin cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda dənizdə (sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km aralı, nəzarət olunmayan ərazidə) 1998-ci il təvəllüdlü Dövlətov Mehman Elman oğlu batıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. M.Dövlətovun cəsədi batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti